3.cü eTicarət MeetUP günü ekosistemimizdə olan problemləri birlikdə ümumiləşdirib, İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzinə göndərildi.
Ortaq qərara əsasən məktub mətni:
Hörmətli İqtisadi İslahatların və Kommunikasiya Mərkəzinin Rəhbərliyi,
3.cüsü keçirilən “Elektron Ticarət MeetUP”-da 21. şirkətin iştiraki ilə aşağıdakı problemlərdə ortaq qərara gəldik
-
eTicarətin inkişafı üçün Vergi güzəştləri tətbiq olunmalıdır. (B.Ə.Ə.-yə və Gürcüstana baxmaq olar)
-
Xarici mütəxəssislər ölkəmizə gəlib bizimlə bərabər işləyəndə, qanunla əlaqəli ağır şərtlər işi çətinləşdirir (İcazə, əsaslandırma, DSMF və s.)
-
Çatdırılma sistemimiz bərbad vəziyyətdədir. Aşağı keyfiyyət, peşəkarsızlıq, informasiya texnologiyaları tətbiqi aşağı səviyyədədir (Ölkə daxili və xarici)
-
Elektron Pul kisəsi qanunu olmamasına görə “Amazon”, “Ebay”, “Etsy” və s. platformalarda “Paypal” ilə satış edə bilmirik. Bəs necə ixracat edəcəyik ?!
-
Elektron Ticarət qanunu 2005-ci ilə aiddir və çox köhnədir. Çatışmayan yüzlərcə meyyar var. (Türkiyədə ki eTicarət qanununa baxmaq olar)
-
eTicarət mağazaları Bank Olmayan Kredit Təşkilatı üzrərindən müştəriyə məhsulu onlayn kredit olaraq sata bilmir.
-
Nəğdsiz ödəmələrdə təşviqi artırmaq mütləqdir. (Bonuslar, Maarifləndirmə, Güzəştlər tətbiq edilməlidir)
-
eTicarət üzərindən turistlər və xaricilər alış-veriş edərkən “onlayn tax-free” sistemi olmalıdır. Kartla alış-veriş edərkən ƏDV ödəməli deyil
-
Elektron Qaimə və Faktura Sisteminin API imkanları eTicarət mağazasına inteqrasiya edilə bilməlidir.