İİTKM-də Azərbaycanın elektron ticarət saytlarının bir qrupunun nümayəndələri ilə görüş keçirilib

Müzakirələr  Azərbaycanda  istehsal olunan malların vahid məlumat bazası  əsasında  formalaşdırılacaq İnternet portalın  yaradılması prosesinin aparıldığı ərəfədə electron  ticarətlə bağlı mövcud vəziyyəti öyrənmək məqsədi ilə təşkil olunub. Mərkəzin  İcraçı direktoru Vüsal Qasımlı portalın  yaradılması ilə bağlı sərəncama uyğun görülən işlər və electron  ticarətin inkişafı ilə bağlı  aparılan araşdırmalar barədə ətraflı məlumat verib. Daha sonar iştirakçılarla elektron ticarətin  inkişafı üçün atılması zəruri olan addımlarla bağlı fikir mübadiləsi aparılıb. Elektron ticarətin inkişafının xərcləri aşağı salması,  tranzaksiyaları sürətləndirməsi, şəffalığı artırması və ixrac imkanlarını genişləndirməsinə  gətirəcəyi qeyd edilib. İqtisadi  İslahatların Təhlili və Kommunikasiya Mərkəzində electron  ticarətlə məşğul olan  sahibkarların iştirakı ilə bu tip görüşlər davam edəcək. 

Source :